"Arvadını qoru, ona sərbəstlik vermə..." - Tanınmış rus satirikdən sitatlar

"Arvadını qoru, ona sərbəstlik vermə..." - Tanınmış rus satirikdən sitatlar
14 aprel 2026
# 13:30

Bu gün məşhur rus ədibi, rus satirik komediyasının banisi Denis Fonvizinin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Adətən, qadınlar layiqli insanlarla əxlaqlı olurlar, avara adamlarla isə nadir hallarda.

***

Ağılsız yaşamaq pisdir. Onsuz nə qazana bilərsən?

***
Allaha şükür ki, yalana rüsum yoxdur! Yoxsa, tez bir zamanda hamı müflis olardı!

***
Arvadını qoru, ona sərbəstlik vermə.

***
Avam insanın bilmədiyi şeyləri cəfəngiyyat hesab etməsi çox təsəlliverici haldır.

***

Dilində daha çox Tanrı sözünü işlədənin qəlbində şeytan gizlənir.

***

Sevgi kimi tamahkarlıq da insanda möcüzələr yaradır.

***

Var-dövləti uşaqlara qoymaq? Ağıllı olsalar, ona ehtiyacları olmayacaq. Var-dövlətin axmaq övlada heç bir köməyi olmayacaq. Nağd pul nağd ləyaqət deyil. Qızıl qanmaz, yenə də qanmazdır.

***
Vicdan, dost kimi həmişə hakimin cəzasından qabaq köməyə gəlir.

***
Vicdan sakit olanda ürək niyə də razı qalmasın!

# 421 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər