Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa göstəriləcək

Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa göstəriləcək
17 avqust 2022
# 13:20

Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa oynanılır.

Kulis.az xəbər verir ki, Narkomaniya əleyhinə mübarizəyə dəstək vermək məqsədi ilə Səhnə teatrı “Qaranlıqdan işığa” adlı tamaşa hazırlayıb.

“Qaranlıqdan işığa” ilk dəfə 16 avqust tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında oynanılıb.

Tamaşadan əvvəl həkim-narkoloq Asif Kəngərli “Narkomaniya, alkoqolizm və tabakomaniyanın fəsadları” mövzusunda çıxış edib. Daha sonra “Qaranlıqdan işığa” tamaşası təqdim olunub.

“Qaranlıqdan işığa” narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.

Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.

“Qaranlıqdan işığa” tamaşası 20 avqust tarixində Şüvəlan Qəsəbə Mədəniyyət Evində, 25 avqustda isə Əmircan Qəsəbə Mədəniyyət Evində oynanılacaq. Tamaşanın Bakı kəndlərində, o cümlədən bölgələrimizdə nümayişi nəzərdə tutulur.

# 1505 dəfə oxunub

Müəllifin son yazıları

# # #