“Oskar”ı almış ən gənc rejissor vəfat etdi

“Oskar”ı almış ən gənc rejissor vəfat etdi
30 aprel 2019
# 10:04

Məşhur Amerika rejissoru vəfat edib.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, Amerika rejissoru Jon Sinqlton 51 yaşında dünyasını dəyişib.

Los-Ancelesdəki xəstəxanaların birində müalicə alan rejissorun bir neçə gün əvvəl insult keçirdiyi bildirilir.

Sinqlton 1991-ci ildə 21 yaşında ekranlaşdırdığı "Qonşuluqdakı uşaqlar" filmi ilə "Oskar" mükafatına namizəd göstərilən ən gənc rejissor kimi tarixə düşüb.

# 1435 dəfə oxunub

Müəllifin son yazıları

# # #