BAFTA mükafatlandırma mərasimi keçirildi

BAFTA  mükafatlandırma mərasimi keçirildi
19 fevral 2024
# 18:55

Böyük Britaniyada 77-ci Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın filmi "Oppenheimer" "Ən yaxşı film" nominasiyasında əsas mükafata layiq görülüb.

Ümumilikdə ekran işi namizəd olduğu 13 mükafatdan 7-ni: "Ən yaxşı rejissor", "Ən yaxşı aktyor", "Ən yaxşı ikinci plan aktyoru", "Film üçün ən yaxşı musiqi", "Ən yaxşı operator işi", "Ən yaxşı redaktə" mükafatlarını qazanıb.

Qeyd edək ki, 5 nominasiya ilə Yorqos Lantimosun "Kasıb əşyalar" filmi isə mükafat sayına görə ikinci sırada yer alıb.

# 581 dəfə oxunub

Müəllifin son yazıları

# # #