Azərbaycanlı yazıçının kitabı Misirdə çap olundu

Azərbaycanlı yazıçının kitabı Misirdə çap olundu
29 yanvar 2024
# 16:50

Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı “Abaddon” romanı Misirdə “Jusur Publishing” nəşriyyatında ərəb dilində nəşr olunub.

Kulis.az xəbər verir ki, kitab ilk dəfə Qahirə Kitab Sərgisində oxuculara təqdim olunub.

Roman Azərbaycanda ilk dəfə 2018-ci ildə işıq üzü görüb. Bu vaxta kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab ABŞ-ın “Readers Favorite” beynəlxalq kitab müsabiqəsində münsiflərin rəyi əsasında “beş ulduz” fərqlənmə nişanı ilə təltif edilib.

Müxtəlif janrlarda ümumilikdə 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu “PEN America” Yazıçılar Birliyinin üzvüdür. İngilis dilinə tərcümə olunmuş əsərləri “IndieReader", “Kirkus", “Readers”, “Favorite" və “Self-Publishing Review" kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəy alıb.

# 590 dəfə oxunub

Müəllifin son yazıları

# # #