Madonnanın 2023-cü ilin fevralında vəfat edən böyük qardaşı Anthony Ciccone-nun ölüm səbəbi açıqlanıb.
Kulis.az xəbər verir ki, TMZ-nin məlumatına görə Ciccone tənəffüs çatışmazlığı və boğaz xərçəngindən vəfat edib.
Ciccone siqaretin səbəb olduğu ağız-udlaq xərçəngindən əziyyət çəkirdi. Onun ölüm haqqında sənədində ölümünə məhz tütündən istifadənin səbəb olduğu deyilir.
- İki dəfə Buker mükafatı qazanmış yazıçı vəfat etdi
- Mədəniyyət Nazirliyində Ekspert şurası yaradıldı
- Məşhur kitab yarmarkası təxirə salındı
Qeyd edək ki, ömrünün son günlərində qocalar evində müalicə olunan Anthony Ciccone ömrünün sonlarına yaxın xəstəxanaya yerləşdirilməzdən əvvəl uzun müddət evsiz bir həyat tərzi keçirirdi.