Maykl Ceksonun qızı İsa peyğəmbər rolunu canlandıracaq

Maykl Ceksonun qızı İsa peyğəmbər rolunu canlandıracaq
20 aprel 2020
# 13:24

Əfsanəvi ulduz Maykl Ceksonun qızı Paris Cekson yeni çəkilən “Habit” adlı dram filmində Həzrəti İsa rolunu canlandıracaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Cekson, filmdə yer alan Bella Torn, Qevin Rossdeyl və Cozi Ho kimi məşhur aktyorlarla tərəf müqabili olacaq. “Habit” filminin rejissorluğu Canel Şritkliffiə həvalə olunub. Bu film Şriktliffin ilk uzunmmetrajlı film layihəsi olacaq.

Qeyd edək ki, Paris Cekson model olsa da, əvvəllər də bir neçə ekran işində aktrisa kimi özünü sınayıb.

# 1906 dəfə oxunub

Müəllifin son yazıları

# # #