Azərbaycanlı tələbələrin filmi Qazaxıstanda mükafat aldı

Azərbaycanlı tələbələrin filmi Qazaxıstanda mükafat aldı
15 may 2024
# 11:00

Qazaxıstanda beynəlxalq 1-ci Fərabi Beynəlxalq Tələbə Filmləri Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, türkdilli ölkələrin tələbələrinin iştirak etdiyi festivalda TÜRKSOY-a üzv olan ölkələrin kino və media fakültələrinin tələbələrinin bədii və sənədli filmləri yarışıb.

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə festivala göndərilən azərbaycanlı rejissorlar Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” və Mixail Abdulovun “Lent” filmləri “Ən yaxşı müəllif filmi” və “Ən yaxşı aktyor dueti” nominasiya üzrə qalib olub.

# 628 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #