Aqşin Evrənin şeirləri Türkiyə mediasında

Aqşin Evrən, şair

Aqşin Evrən, şair

18 fevral 2022
# 17:30

Məşhur "dibace.net" ədəbiyyat portalı gənc şair Aqşin Evrənin şeirlərini yayımlayıb.

Kulis.az xəbər verir ki, Türkiyənin populyar “dibace.net” ədəbiyyat portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc şair Aqşin Evrənin türk dilinə tərcümə olunmuş “Yaş köynəyin fotosu”, “Ağrımağın resepti” və “Unutmağın resepti” şeirlərinin yayımına başlayıb.

Şeirlərin türk dilinə tərcümə müəllifi Dövlət Tərcümə Mərkəzinin türk dili üzrə mütəxəssisi Kəmalə Ələkbərovadır.

Qeyd edək ki, portal səhifələrində mütəmadi olaraq türkdilli xalqların tanınmış yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

# 1885 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #