Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu

Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
17 may 2024
# 16:32

Səkkiz yaşlı skripkaçı Dilşad Fərhadzadə Dinu Lipatti adına XII beynəlxalq müsabiqədə (İtaliya) mütləq birinci yerin sahibi olub.

Kulis.az xəbər verir ki, Dilşad Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatıdır.

“Fortepiano və simli alətlər” ixtisasları üzrə Dinu Lipatti adına XII beynəlxalq müsabiqə mayın 6-dan 10-dək İtaliyanın Tivoli şəhərində keçirilib. Azərbaycandan olan gənc skripkaçı kiçik yaş kateqoriyasında çıxış edib, final turunda Frits Kreyslerin “Prelüdiya və alleqro” pyesini ifa edib.

# 883 dəfə oxunub

Müəllifin son yazıları

# # #