"İki qonşu xalq əbədi sülh içərisində yaşamağa layiqdirlər. Gəlin, sülh üçün əl-ələ verək!"
Kulis.az xəbər verir ki, bu sözləri şair, jurnalist Tural Turan öz sosial şəbəkə hesabında yazıb. Erməni yazarları əməkdaşlığa dəvət edən bu çağırışın mətnini sizə təqdim edirik:
"Ermənistandakı və Qarabağdakı erməni kökənli yazıçı, şair həmkarlarımızı sülh istiqamətində birgə işləməyə dəvət edirəm.
Qarabağı və Zəngəzuru, ümumilikdə regionunuzu sülh adasına çevirək.
İki xalqın yazarlarının sülh diplomatiyasına əvəzsiz töhfələr verəcəyi düşüncəsindəyəm".