Tramp UNESCO-nun İranla bağlı xəbərdarlığına cavab verdi

Tramp UNESCO-nun İranla bağlı xəbərdarlığına cavab verdi
8 yanvar 2020
# 18:47

“Mədəni mirasların hədəf alınmasını qadağan edən qanunlara riayət edəcəyəm”

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp UNESCO-nun xəbərdarlığından sonra verdiyi açıqlama zamanı söyləyib.

Qeyd edək ki, Tramp İran İnqilab Keçikçiləri Qüds Qüvvələrinin komandiri General Qasım Süleymanini öldürülməsinə İranın ABŞ-a hərhansı bir cavab verəcəyi təqdirdə, ölkənin mədəni sərvətlərinin yerləşdiyi 52 nöqtəsini hədəf alacağı mesajını vermişdi.

Bu təhdidə biganə qalmayan UNESCO Trampa xəbərdarlıq edərək, ABŞ və İranın müharibə zamanı mədəni sərvətlərə zərər verməyəcəklərinə dair beynəlxalq müqavilə imzaladıqlarını xatırlatmışdı.

# 1766 dəfə oxunub

Müəllifin son yazıları

# # #