Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda nümayiş edildi

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda nümayiş edildi
26 yanvar 2023
# 13:00

Rejissor Mətləb Muxtarovun "12/35” sənədli filmi FIPADOC Beynəlxalq Sənədli Film Festivalında nümayiş edilib.

Kulis.az xəbər verir ki, bu barədə rejissor özü APA-ya məlumat verib.

Filmin tamaşaçılar və festivala qatılan kino adamları tərəfindən maraqla qarşılandığını bildirən M.Muxtarov Azərbaycanın FIPADOC festivalında ilk dəfə iştirak etdiyini vurğulayıb: “Mənim filmim Sumqayıtda keçmiş sakinlərin xatirələri əsasında ərsəyə gəlib. Orada, 12/35 saylı binada yaşayan, Sovet Azərbaycanı ilə postsovet Azərbaycanın arasında qalmış bir nəslin taleyini əks etdirir”.

Qeyd edək ki, FIPADOC Beynəlxalq Sənədli Film Festivalı Fransanın Biarritz şəhərində, 20-28 yanvar tarixlərində keçirilir.

Xatırladaq ki, “12/35” sənədli filmi ötən il Azərbaycanda keçirilən “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında “Ən yaxşı yerli qısametrajlı sənədli film” nominasiyasında qalib olub.

Azərbaycanlı rejissorun filmi Fransada beynəlxalq festivalda nümayiş olunub

# 1119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #