"Voices" Film Festivalının qalibləri bəlli olub.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Stanislav Svetlovun “Cəhənnəm” filmi Voloqdada keçirilən "Voices" Film Festivalında qalib olub.
"Qəfəs quş axtarır" filmindəki perfomansı ilə Xədicə Batayeva "Ən yaxşı aktrisa" seçilib.
"İcmal" hissəsində ilk dəfə olaraq qısametrajlı filmlər bölməsi təqdim olunub ki, orada da tamaşaçılar eyni səs toplayan iki filmə mükafatlar veriblər.