Azərbaycanlı pianoçu Vyanada çıxış etdi

Azərbaycanlı pianoçu Vyanada çıxış etdi
31 yanvar 2024
# 18:00

Türkiyənin Vyanadaki səfirliyində Türkiyə ilə Avstriya arasında imzalanmış dostluq müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin bədii hissəsini tamaşaçılara gənc azərbaycanlı pianoçu, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı, “Qran- Pri” mükafatçısı Ayan Məmmədli təqdim edib.

Ayan Məmmədlinin konsertdə türk və Avropa bəstəkarlarının əsərlərindən ibarət ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun və xanımı Aziza Ceyhun gənc pianoçu Ayan Məmmədliyə maraqlı musiqi təqdimatına görə öz təşəkkürlərini bildiriblər. "AZƏRTAC"

# 351 dəfə oxunub

Müəllifin son yazıları

# # #