Müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri ilə birlikdə İsrailin Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.
Kulis.az xəbər verir ki, ötən gün konsert verən sənətçi Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan etdikdən sonra qonaq olduğu məkandan çıxa bilməyib.
Bu haqda sənətçi sosial şəbəkə hesabında da paylaşım edib:
"Bizə otelin sığınacağına düşməyimizi deyirlər. Ümid edirik ki, hər şey keçəcək. Allah, insanları qoru".
Azərbaycanlı müğənni İsraildə çətin vəziyyətdə
7 oktyabr 2023
14:34
1706 dəfə oxunub