Audiovizual Şura yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib.
Kulis.az xəbər verir ki, bu barədə APA-ya Şuradan məlumat verilib:
"Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir.
- Cavanşir Quliyev: "Xəstəliyim ciddidir”
- Xalq şairinin ikinci ayağı da amputasiya olunub
- Hacı Səfərov: "Heç olmasa, utanın..."
Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır.
Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir".