Azərbaycanlı aktyor evində ölü tapıldı

Azərbaycanlı aktyor evində ölü tapıldı
17 dekabr 2022
# 22:30

Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.

Kulis.az xəbər verir ki, 62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.

Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O, “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan...”, ”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.

# 4099 dəfə oxunub

Müəllifin son yazıları

# # #