Azərbaycanın şərabçılıq mədəniyyəti İtaliyada sərgidə

Azərbaycanın şərabçılıq mədəniyyəti İtaliyada sərgidə
28 fevral 2024
# 09:12

Azərbaycanın qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Bolonya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur.

Kulis.az xəbər verir ki, “Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.

Mindən çox şərabçının iştirak etdiyi yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən “F.A. Valley” və “Meyvi Spirits” şərab istehsalçıları təmsil edirlər.

Qeyd edək ki, “Slow Wine” şəbəkəsinin rəhbəri Ludoviko Rokatello ilə işgüzar görüşdə beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə bu sahədə həyata keçirilməsi planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparılıb.

# 824 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #