Əfsanəvi caz pianoçusu və bəstəkar Çik Koria vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki. 79 yaşlı pianoçunun vəfatı haqqında məlumat sənətçinin Feysbuk səhifəsində paylaşılıb. Musiqiçinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Çik Koria professional karyerasına 1962-1963-cü illərdə Latın Amerikası pop musiqisini ifa edən qruplarda fortepianoda çalmaqla başlayıb. O, 1970-ci illərin ortalarında, əsasən, müxtəlif illərdə məşhur qruplarda ifa edərək şöhrət qazanıb. Musiqiçi 22 Qremmi mükafatına və 2 Latin Qremmi mükafatına layiq görülüb.