Azərbaycan və Özbəkistanın birgə mədəniyyət turu təşkil olunacaq

Azərbaycan və Özbəkistanın birgə mədəniyyət  turu təşkil olunacaq
14 avqust 2025
# 13:30

Azərbaycan və Özbəkistan Avropada “İpək Yolu Səyahət Marşrutu”nu tanıtmaq üçün birgə təşəbbüsə başlayıb.

Kulis.az xəbər verir ki, 2025-ci il 13- 24 oktyabr tarixlərində Barselona, Budapeşt, Frankfurt, Praqa, Vyana və Sürixdə keçiriləcək bu təşəbbüs çərçivəsində Azərbaycan və Özbəkistandan olan 20 turizm nümayəndəsi bir araya gələcək.

Tədbirlərdə Azərbaycan Hava Yolları və Özbəkistan Hava Yolları kimi milli aviaşirkətlər, həmçinin otel zəncirləri və daxili turizm idarəetmə şirkətləri (DMC) iştirak edəcək.

Qeyd edək ki, bu Avropa “roadshow”ları həm hər iki ölkənin mədəniyyəti, həm də "İpək Yolu" marşrutunu tanıtmaq və tərəfdaşlıq əlaqələrini gücləndirmək məqsədi daşıyır.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər