Bu gün Şahbuz rayonunun Nursu kəndində - Məmməd Arazın doğulduğu kənddə şairin ev muzeyi açılıb.
Bu barədə şairin qızı, tanınmış publisist İradə Tuncay öz facebook səhifəsində məlumat verib: “Bu gün Naxçıvanda, şairin doğulduğu kənddə ev muzeyinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbova ailəmiz adından təşəkkür edirik!”
Xatırladaq ki, bu gün şairin anım günüdür.