Azərbaycan plovu Səmərqənddə beynəlxalq kulinariya festivalında

Azərbaycan plovu Səmərqənddə beynəlxalq kulinariya festivalında
7 avqust 2025
# 15:50

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Səmərqənd plovu” adlı birinci beynəlxalq festivalda Azərbaycan da daxil olmaqla 15-dən çox ölkədən aşpazlar iştirak edib.

Kulis.az xəbər verir ki, ölkəmizi festivalda kulinariya eksperti və “Diyar.az” platformasının rəhbəri Nigar Əmirbəyovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Komandaya həmçinin aşpazlar Simuzər Süleymanova, Elçin Həsənov və Tural Kərimli daxil olub.

Azərbaycan komandası müsabiqəyə üç növ ənənəvi plovla – lobya və şüyüdlü quzu plovu, albalı və toyuqlu plov, eləcə də hisə verilmiş balıqlı “Boranı” plovu ilə qatılıb.

Bütün plovlar eyni qazana yerləşdirilərək 10 kiloqramlıq düyü ilə hazırlanıb və bu təqdimat həm münsiflərin, həm də tamaşaçıların xüsusi marağına səbəb olub.

Qeyd edək ki, festival çərçivəsində plovun tarixi-etnoqrafik əhəmiyyətinə dair konfrans və xeyriyyə məqsədli kütləvi plov hazırlanması da keçirilib.

# 146 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər