Aktrisa İlqarə Toska müğənni Elnarə Abdullayeva haqqında sərt sözlər deyib.
Kulis.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından olan İlqarəToska əməkdaşımız Günel Musanın "Müğənni Elnarənin efir “ağbirçək”liyi" yazısına şərh verərəkən fikrini belə ifadə edib:
"Sənət aləmi ağzınacan doludu belə küftəbaşlarla. Kitab oxumamağı ilə fəxr edən ələngələr. Onlarla və onlar haqqında danışmağa belə heyfim gəlir sözlərimə. Hər yerdə də öndədilər".