Azərbaycan filmi Avropa festivalında - Video

Azərbaycan filmi Avropa festivalında - Video
12 oktyabr 2023
# 16:01

"Pup" filmi Slovakiyanın "Golden Beggar" film festivalının əsas proqramına seçilib.

Kulis.az xəbər verir ki, 29-cu "Golden Beggar" festivalında yarışan qısametrajlı filmimizin rejissoru Emil Musayev, ssenari müəllifləri Emil Musayev, Ömər Xəyyam və Sərdar Amindir.

Filmdə Baş rolları İlham Əziz və Səidə İsmayılova oynayır.

Ekran işi kənddə yaşayan gənc rəssam qızın sıxıntıları, onu əhatə edən mühafizəkar mühitlə mübarizəsinə həsr olunub.

Qeyd edək ki, "Golden Beggar" festivalı 1995-ci ildə təsis olunub. Slovakiyanın Koşice şəhərində keçirilən incəsənət yarışı yerli televiziya yayımçılarının ilk və ən qədim beynəlxalq festivalıdır.

10 oktyabr 2023-cü ildə start götürən kino bayramı oktyabrın 14-də sona çatacaq.

# 1259 dəfə oxunub

Müəllifin son yazıları

# # #