Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında
27 iyun 2024
# 10:44

Şimali Kipr Türk Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən sayca 26-cı Bellapais Beynəlxalq musiqi festivalında Azərbaycan da iştirak edib.

Kulis.az xəbər verir ki, festival çərçivəsində Şimali Kiprin Təhlükəsizlik Qüvvələri Komandanlığının nümunəvi hərbi orkestri və Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin rəhbərlik etdiyi yaradıcı qrupun iştirakı ilə Bellapais Monastırında təşkil olunan Azərbaycan - Şimali Kipr dostluğuna həsr olunmuş ədəbi-bədii gecə maraqla qarşılanıb.

Bədii proqramı Şimali Kiprin Prezidenti Ersin Tatar, Türkiyə Respublikası Lefkoşa Böyükelçisi Metin Feyzioğlu, Kıbrıs Türk Barış Qüvvələri komandanı, general-leytenant Sebahattin Kılınç, Şimali Kiprin Təhlükəsizlik Qüvvələri komandanı general-leytenant Osman Aytaç, Birləşmiş Millətlər Təşkilatının Şimali Kiprdə qonaq olan nümayəndələri, yüksək çinli hərbi qulluqçular və onların ailə üzvləri, eləcə də mülki vətəndaşlar izləyiblər.

# 436 dəfə oxunub

Müəllifin son yazıları

# # #