“Namiq Dəlidağlı - Sözdə görünən adam” kitabı nəşr edildi

“Namiq Dəlidağlı - Sözdə görünən adam” kitabı nəşr edildi
16 fevral 2026
# 13:42

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, beş bölmədən ibarət olan kitabda N.Dəlidağlının yaradıcılığından bəhs edən ədəbi-tənqidi məqalələr, təhlil yazıları, dostlarının fikirləri, şairlə ədəbi mövzuda aparılan müsahibələr, ona həsr olunan şeirlərin bir qismi və müəllifin həyatının müxtəlif məqamlarını əks etdirən fotolar yer alıb.

Qeyd edək ki, N.Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Hotel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sükunəti” (Özbəkistan), “Amma bəxtim gətirmədi” (Qırğız Respublikası) adlı şeir kitabları oxuculara təqdim olunub. N.Dəlidağlı, həmçinin Vətən müharibəsi şəhidi Sahib Musayevə həsr edilən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik kitabın müəllifi və dörd publisistik toplunun həmmüəllifidir.

Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Qəribdir.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər