Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olundu

Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olundu
10 aprel 2023
# 16:50

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə mərhumla Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

Mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Daha sonra cənazə İkinci Fəxri Xiyabana aparılaraq dəfn olunub.

Xatırladaq ki, Azər Paşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

Azər Paşa Nemətov  İkinci Fəxri Xiyabanda dəfn olunub - FOTO   - YENİLƏNİB-1

# 1050 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #