"Təqdimatlardan, açılışlardan imtina edirəm. Hətta öz filmimizi "Pərdə arxası"nın qalasına belə getmədim. Gördüm ki, mərkəzdə olmaq mənə əks təsir verir".
Kulis.az xəbər verir ki, aktyor Azər Aydəmir bunu "Səhərin səsi" verilişində deyib. O, bildirib ki, məşhurluq onun əhvalına xoş təsir göstərmir.
"Məşhurluğumun birdən-birə olması məni kədərləndirdi. Əvvəl "bir gecədə məşhur oldum" ifadəsi var idi. İnanmazdım ki, bu baş verə bilər. Bu günə kimi o qədər filmlər, seriallar var ki...Yəqin sevilməyib, biz işimizi düzgün görməmişik. İndiyə kimi ortaya qoyduğumuz işlər qəlblərə dəymirmiş", - deyə aktyor qeyd edib.