“Art kino” adlı yeni layihə həyata keçiriləcək

“Art kino”  adlı yeni layihə həyata keçiriləcək
1 avqust 2024
# 18:39

Avqustun 2-si ölkəmizdə Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır. Əlamətdar gün münasibətilə mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilir.

Kulis.az xəbər verir ki, kinomuz üçün əlamətdar gündə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Salyan Dövlət Rəsm Qalereyasında “Art kino” adlı yeni layihə həyata keçiriləcək.

Layihənin məqsədi rəssamlıq sənəti ilə kinonun sintezini diqqətə çatdırmaqdır.

Avqustun 2-də layihə çərçivəsində rəssamların həyat və yaradıcılığına həsr olunan filmlər nümayiş etdiriləcək. Bundan əlavə, səyyar film nümayişləri də nəzərdə tutulur.

# 656 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #