Əməkdar artist Aygün Bəylər uzun fasilədən sonra yenidən konsert verəcək.
Kulis.az xəbər verir ki, konsert dekabrın 26-da Heydər Əliyev Sarayında baş tutacaq.
Sənətçi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq konsertdə özünün "Mehribani" simfonik muğamını Cadenza orkestrinin müşayiəti ilə təqdim edəcək. Gecədən yığılan vəsait "YAŞAT" Fonduna bağışlanacaq.
- Tanınmış İtaliyan aktyoru vəfat etdi
- Dünyanın ən uzun kitab stendi açıldı - FOTO
- Sonuncu dərs - Alfons Dodenin hekayəsi
Qeyd edək ki, A.Bəylər xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, uzun müddət müalicə aldığı üçün konsert vermirdi.