Axtarışa verilən aktyor qiyabi həbs olundu

Axtarışa verilən aktyor qiyabi həbs olundu
17 fevral 2024
# 12:30

Moskvanın Qaqarinski Rayon Məhkəməsi terrora haqq qazandırmaqda ittiham olunan və axtarışa verilən aktyor Aleksey Panini qiyabi həbs edib.

Kulis.az xəbər verir ki, Panin “Terror fəaliyyətinə açıq çağırışlar, ictimai əsaslandırma və ya terrorizmin təbliği” maddəsi ilə ittiham olunur.

Məhkəmə Paninin Rusiya Federasiyasının ərazisinə ekstradisiya edildiyi və ya deportasiya edildiyi andan və ya ölkədə faktiki olaraq saxlandığı andan iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, 2023-cü ilin mayında Rusiya Daxili İşlər Nazirliyi aktyoru axtarışa verib. Panin tez-tez Rusiya hakimiyyətinin siyasətinə və Ukraynadakı xüsusi əməliyyata qarşı çıxış edirdi.

# 799 dəfə oxunub

Müəllifin son yazıları

# # #