Sakit okeanın dibində “sarı kərpicli yol” tapıldı

Sakit okeanın dibində “sarı kərpicli yol” tapıldı
8 avqust 2025
# 12:50

2022-ci ildə Havay adaları yaxınlığında yerləşən “Papahanaumokuakea Dəniz Milli Abidəsi” ərazisində aparılan tədqiqat zamanı alimlər Sakit okeanın dibində "sarı kərpicli yol"u xatırladan vulkanik formasiya aşkarlayıblar.

Kulis.az xəbər verir ki, tədqiqatçılar bu mənzərəni “Atlantisə yol” adlandırıblar. Onların fikrincə, bu strukturlar istilik və soyuma nəticəsində yaranmış 90 dərəcəli çatlarla özünü göstərir.

Bu kəşf Yer qabığının gizli geoloji proseslərinin öyrənilməsinə yeni imkanlar açır.

Qeyd edək ki, bu qeyri-adi görüntü “E/V Nautilus” adlı tədqiqat gəmisi tərəfindən 1000 metr dərinlikdə lentə alınıb.

# 189 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər