"Avstraliya" filminin aktyoru vəfat etdi

"Avstraliya" filminin aktyoru vəfat etdi
22 dekabr 2022
# 16:50

Rejissor Baz Luhrmanın çəkdiyi “Avstraliya” filmi ilə tanınan avstraliyalı aktyor Toni Barri 82 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.

Barri 1941-ci ildə Avstraliyanın İpsviç şəhərində anadan olub. 1977-ci ildə kinoda debüt edib. Aktyor Nikol Kidmanla çəkilmiş "Avstraliya" , "Manqo ağacı", "Sübh", "Əlvida donuz əti pastası" və digər layihələrlə tanınıb. Ümumilikdə Barri 100-dən çox filmdə rol alıb.

# 691 dəfə oxunub

Müəllifin son yazıları

# # #