Bob Dilan mahnılarını satdı

Bob Dilan mahnılarını satdı
8 dekabr 2020
# 17:50

Amerikalı musiqiçi və ədəbiyyat üzrə Nobel mükafatçısı Bob Dilan mahnılarının hüquqlarını “Universal Music Group” şitrkətinə satıb.


Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, musiqiçi bu satışdan 300 milyon dollardan çox pul qazanıb. Mətbuatda gedən məlumata görə Bob Dilan və şirkət arasında bağlanan müqavilə son bir ildə musiqi sahəsində ən böyük müqavilədir.


Xatırladaq ki, Bob Dilan 60 il ərzində 600-dən çox mahnı bəstələyib.

# 1895 dəfə oxunub

Müəllifin son yazıları

# # #