“Avroviziya 2026” mahnı müsabiqəsində iştirak edəcək ölkələrdən biri öz təmsilçisini müəyyənləşdirib.
Kulis.az xəbər verir ki, İsveçrə adından yarışmada Veronika Fusaro səhnəyə çıxacaq.
O, ölkəsini 2026-cı ildə keçiriləcək beynəlxalq musiqi yarışmasında təmsil edəcək.
Xatırladaq ki, ötən il “Avroviziya”da Avstriyanı “JJ” səhnə adı ilə tanınan Yohannes Piç “Wasted Love” adlı mahnı ilə təmsil edib və 436 xal toplayaraq qalib olub. 2026-cı il müsabiqəsinin yarımfinalları mayın 12 və 14-də, final isə mayın 16-da baş tutacaq. Yarışmaya bu il Avstriyanın paytaxtı Vyana ev sahibliyi edəcək.