Stiven Spilberq fəxri mükafatla təltif ediləcək

Stiven Spilberq fəxri mükafatla təltif ediləcək
14 avqust 2026
# 12:30

Nyu-Yorkun Müasir İncəsənət Muzeyi dünyaca məşhur rejissor Stiven Spilberqi kinematoqrafiya sahəsindəki müstəsna xidmətlərinə görə fəxri mükafatla təltif etmək qərarına gəlib.

Kulis.az xəbər verir ki, ustad rejissor muzeyin təşkilatçılığı ilə həyata keçirilən tədbirin əsas qonağı olacaq.

Noyabrın 12-də keçirilməsi planlaşdırılan təntənəli mərasim kino aləminin tanınmış simalarını bir araya gətirməklə yanaşı, muzeyin film kolleksiyası və təhsil proqramları üçün vəsait toplanmasına xidmət edəcək.

Tədbir çərçivəsində Spilberqin zəngin filmoqrafiyasından xüsusi kadrlar nümayiş olunacaq və sənətçinin həmkarları çıxış edəcəklər.

Qeyd edək ki, əvvəlki illərdə bu müfəllə Sofiya Koppola, Martin Skorseze, Kventin Tarantino, Pedro Almodovar, Gilyermo del Toro, Penelope Krus, Tom Hənks və Corc Kluni kimi kino ulduzları təltif ediliblər.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər