Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük şair İmadəddin Nəsiminin dünyanın müxtəlif arxiv, kitabxana və muzeylərində qorunan əsərləri əsasında “Bilinməyən Nəsimi” kitabı nəşr olunub.
Kitaba Nəsiminin indiyədək yalnız əlyazma şəklində mövcud olan, ölkəmizdə işıq üzü görməyən əsərləri daxildir.
Nəşrin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir.
- Teoman: "80 yaşımdan sonra evlənəcəm"
- Ukrayna və Azərbaycan ulduzları eyni səhnədə
- Qven Stefani konsertini ləğv etdi
Kitabı tərtib edən filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir. Mətnləri ərəb əlifbasından transliterasiya edənlər isə filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva və Xoşqədəm Mirzəyevadır./azertag.az/