“Avatar” yenidən kassada “Titanik”i qabaqladı

“Avatar: Suyun Yolu”

“Avatar: Suyun Yolu”

20 fevral 2023
# 16:00

Ceyms Kemeronun “Avatar 2” filmi dünya miqyasında 2,243 milyard dollarlıq bilet satışı ilə dünya kassasında “Titanik”i geridə qoyaraq bütün zamanların ən çox gəlir gətirən üçüncü filmi olub.

Kulis.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Bu ayın əvvəlində dünya miqyasında 2,194 milyard dollar bilet satışı olan Titanik, hazırda dünya üzrə 2,242 milyard dollar dəyərində qiymətləndirilir. İndi bütün zamanların ən çox gəlir gətirən filmləri siyahısına Kemeronun "Avatar"ı başçılıq edir, ondan sonra isə Entoni və Co Russonun “Qisasçılar: Oyunun sonu” (2,79 milyard dollar) filmi gəlir .

Bununla belə, “Avatar: Suyun Yolu” filminin Marvel filmi və ya 2009-cu ildə nümayiş olunan ilk Avatarı geridə qoyacağı gözlənilmir.

Avatar: Suyun Yolu" filminə baxan adam infarktdan öldü

# 867 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #