"Qoca getdi, dəniz qaldı" - Məmməd Araz

"Qoca getdi, dəniz qaldı" - Məmməd Araz
18 oktyabr 2023
# 12:15

Kulis.az Məmməd Arazın "Qoca və dəniz" şeirini təqdim edir.

Saçları -rənginə bənzər,
Səsi - ahənginə bənzər,
Yatağı - sinəsi olan,
Ləpəsi -nəğməsi olan
Bir dəniz yaratdı qoca.
O, sərhəd bilmədən üzdü,
Üzdü qitələr boyunca...
Tale fırtına yaratdı,
Avar düşdü, qayıq batdı...
Fəqət sahil daşlarına
Həkk olunan bir iz qaldı:
“Qoca getdi, dəniz qaldı...”

1961

# 1069 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #