Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində öldü

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində öldü
11 fevral 2026
# 16:11

Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib.

Kulis.az xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib.

60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilib.

Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər