YUĞ Dövlət Teatrının 30 illiyi keçirildi - Fotolar

YUĞ Dövlət Teatrının 30 illiyi keçirildi - Fotolar
4 dekabr 2019
# 10:01

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında YUĞ Dövlət Teatrının 30, teatrın banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Tədbirdən əvvəl qonaqlar teatrın foyesində bu sənət ocağının 30 illik fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev YUĞ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər salıb. Bildirib ki, Vaqif İbrahimoğlu Azərbaycan incəsənətində tamamilə yeni bir mühitə malik teatr yaradıb. Bu teatr tez bir zamanda böyük tamaşaçı auditoriyasının formalaşmasına təkan verib.

Tədbirdə teatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olunub.

# 1723 dəfə oxunub

Müəllifin son yazıları

# # #