Aşıq Şəmşirə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatdı

Aşıq Şəmşirə həsr olunmuş "Musiqi kimliyimiz"  layihəsi başa çatdı
24 may 2024
# 13:30

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə təqdim etdiyi Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatıb.

Kulis.az xəbər verir ki, layihənin sonuncu günü keçirilən gecədə iştirak edən Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxışında ikinci dəfə keçirilən layihəni yüksək qiymətləndirib.

Konsert proqramında Əməkdar mədəniyyət işçiləri Fətullah Əliyev, Əhliman Allahverdiyev, İlqar Əhmədov, Ədalət Dəlidağlı, İbadət Allahverdiyev, o cümlədən Şöhrət Kərimov, Elbrus Hüseynov, Əfqan Məmmədov və başqaları şeirləri ilə çıxış ediblər.

# 480 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #