Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı
26 avqust 2026
# 16:30

Tanınmış rejissor Ridli Skott süni intellektin qlobal sistemləri ələ keçirmə təhlükəsi barədə xəbərdarlıq edib.

Kulis.az xəbər verir ki, bu haqda o, "Starmus Festivalı" çərçivəsində danışıb.

Elmlə sənət arasında körpü quran fəaliyyətinə görə 2026-cı il Stiven Hokinq Elm Ünsiyyəti Medalına layiq görülən 88 yaşlı rejissor texnologiya nəhənglərinin məsuliyyətsizliyini tənqid edib.

Kino sənətində hələ də vestern və müzikl janrlarında filmlər çəkmək istədiyini bildirən rejissor, noyabr ayında çəkilişlərinə başlayacağı "Treasure Island" layihəsinin aktyor heyətini də açıqlayıb.

Ekran işində Lonq Con Silver obrazını Hyo Cekman, Skvayr Treloni rolunu Hyo Qrant, Cim Hokins obrazını isə "Adolescence" serialı ilə tanınan gənc aktyor Ouen Kuper canlandıracaq.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər