Aşıq Əli: "Həkim demişdi ki, 17 il yaşayacaqsan"

Aşıq Əli:  "Həkim demişdi ki, 17 il yaşayacaqsan"
24 avqust 2024
# 13:53

"Uşaq vaxtı xəstə olmuşam. Həkim vaxt qoyub ki, 17 yaşa kimi yaşayacaq. Mənə xəstəliyimi deməmişdilər, ağlım kəsəndə anlayırdım. Həmin vaxt ürəyimdən əməliyyat olmuşam. Əməliyyatdan sonra ailə düşünürdü ağır iş olmaz. Amma ailə gətirib məni ən ağır işə qoydu. Aşıqlıq böyük məsuliyyətdir".

Kulis.az xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu "Qapqara" layihəsində deyib.

İfaçı uşaqlıq illərindən danışaraq keçirdiyi ağır xəstəlikdən danışıb.

Hədəflərindən danışan Əli arzusunu dilə gətirib:

"Dövlət tərəfindən olan mükafatlardır. O da olandan sonra başqa hədəflərim olacaq. Bir də övladlarımı layiqli böyütməkdir". \Axşam.az

# 629 dəfə oxunub

Müəllifin son yazıları

# # #