“Arşın mal alan” operettası növbəti dəfə nümayiş olunacaq

“Arşın mal alan”  operettası növbəti dəfə nümayiş olunacaq
20 sentyabr 2024
# 18:15

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, rejissor Elvin Mirzəzadənin quruluşunda hazırlanan səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov və quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədovadır.

Operettanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, quruluşçu baletmeysterlər Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, geyim üzrə rəssamı Əməkdar incəsənət xadimi Gülnarə Xəlilova, rejissor assistentləri Sevinc Məmmədova və Elməddin Dadaşovdur.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #