Kann Film Festivalı başladı

Kann Film Festivalı başladı
7 iyul 2021
# 10:10

COVİD-19 pandemiyası ilə bağlı yaranmış iki illik fasilədən sonra Fransada 74-cü Kann Film Festivalı başladı.

Kulis.az xəbər verir ki, 24 filmin iştirak etdiyi əsas müsabiqədə qalibi başında rejissor Spayk Linin olduğu münsiflər heyəti seçəcək.

İyulun 17-nə qədər davam edəcək festivalda Hollivud ulduzlarından Matt Damon, Nikol Kidman, Şon Penn ve Timothee Chalametiin qoşulması gözlənilir.

Qaliblərin adı 16 iyulda açıqlanacaq.

Xatırladaq ki, festivalın favoritləri arasında italiyalı Nanni Morettinin yeni filmi "Tre Piani", fransız Jacques Audiardın "Les Olimpiades" və taylandlı rejissor Apichatponq Virasethakulun ilk ingilizcə filmi "Memoria" filmləri vardır.

# 1470 dəfə oxunub

Müəllifin son yazıları

# # #