“Arşın mal alan” Daşkənd səhnəsində

“Arşın mal alan”  Daşkənd səhnəsində
13 iyun 2024
# 10:15

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri davam edir.

Kulis.az xəbər verir ki, Mədəniyyəti Günləri çərçivəsində özbək sənətsevərlər üçün dahi Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettasının tamaşası nümayiş olunub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti musiqili komediyanı Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edib. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsərində rolları Əməkdar artistlər Ramil Qasımov (Əsgər), İnarə Babayeva (Gülçöhrə), Xalq artisti Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Səbinə Vahabzadə (Asya), eləcə də Taleh Yahyayev (Süleyman), Sadiq Məlikov (Vəli) ifa ediblər. Qardaş ölkənin orkestrinin müşayiəti ilə nümayiş olunan səhnə əsərini Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.

# 488 dəfə oxunub

Müəllifin son yazıları

# # #