Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq
10 sentyabr 2026
# 15:20

Məşhur ispan rejissor Pedro Almodovarın böyük rezonans doğuran yeni "Bitter Christmas" (“Acı Milad”) filmi tezliklə təqdim olunacaq.

Kulis.az xəbər verir ki, ekran işi Toronto və Nyu-York film festivallarındakı uğurlu nümayişlərindən sonra, noyabrın 13-də "Sony Pictures Classics" şirkəti tərəfindən Şimali Amerika kinoteatrlarında prokata çıxarılacaq.

Qeyd edək ki, "Acı Milad" meta-dram janrındadır.

Filmin süjeti iki paralel xətt üzrə inkişaf edir:

Birinci xətt 2004-cü ildə reklam rejissoru kimi çalışan Elsanın həyatından bəhs edir.

İkinci xətt isə 2026-cı ildə ssenarist və rejissor Raulla bağlı hadisələri əks etdirir.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər