Almaniyanın Solingen şəhərində keçirilən festivalda bir nəfərin insanlara bıçaqla hücum etdiyi bildirilir.
Kulis.az xəbər verir ki, festivalda baş verən hücumla bağlı təfərrüatlar Almaniya mətbuatında paylaşılıb.
Hücum zamanı ən azı 3 nəfərin həlak olduğu, çoxlu sayda insanın yaralandığı bildirilir.
- Xatirə Fərəclinin yeni kitabı təqdim olundu
- Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
- Qız, çox şirin olma udarlar səni - ŞEİR
Almaniyanın “Bild” qəzetində hücum çəkən şəxsin hadisə yerindən qaçdığı bildirilir.
Şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı Almaniya rəsmilərindən hələlik heç bir açıqlama verilməyib. \APA